Infoteka.az
Siyasət

Kəmaləddin Heydərov Türkiyənin daxili işlər nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının İstanbul şəhərində törədilmiş partlayışla əlaqədar qardaş ölkənin daxili işlər naziri Süleyman Soyluya başsağlığı məktubu göndərib.

İnfoteka.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Xəbərə görə, nazir partlayış nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.

Infoteka.az