Infoteka.az
İdman

"Hayduk"un baş məşqçisi: "Qəbələ" ilə matça ciddi yanaşırıq"

"Qəbələ" topla oynamağa və ikili mübarizələri qazanmağa can atan komandadır. Bu səbəbdən qarşılaşmaya ciddi yanaşırıq".

İnfoteka.az-ın report-a istinadən məlumatına görə, bunu Xorvatiya "Hayduk"unun 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Mariyan Budimir Qəbələdə eyniadlı kollektivə qarşı keçirəcəkləri UEFA Gənclər Liqasının I mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

42 yaşlı mütəxəssis bildirib ki, səfərdə ilk matçdakından daha yaxşı oynamalıdırlar: "Yaxşı üstünlüyümüz var, amma hesablamalar olmayacaq. Öz oyunumuzu göstərib topa daha çox sahib olmağa üçün çalışacağıq".

Qeyd edək ki, oktyabrın 4-də keçiriləcək "Qəbələ" - "Hayduk" görüşü saat 17:00-da başlayacaq. Splitdəki ilk oyunda "qırmızı-qaralar" 0:3 hesabı ilə uduzub.

Infoteka.az