Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ölkəmizə təşəkkür ünvanlayıb.
Türkiyəli diplomat Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) və XİN rəhbəri Ceyhun Bayramovun paylaşımlarını “retweet” edərək yazıb:
“İstanbuldakı terror hücumunda insan itkiləri səbəbi ilə zəng edən və mesaj göndərərək başsağlığı diləyən və dəstəklərini bildirən bütün dostlara təşəkkür edirik”.