Infoteka.az
İdman

"Qarabağ" Ukrayna millisinin hücumçusu ilə maraqlanır

"Qarabağ" Ukrayna millisinin və Kiyev "Dinamo"sunun futbolçusu Artyom Besedinlə maraqlanır.

İnfoteka.az "sport.ua" saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu ötən yay "köhlən atlar"ın diqqət mərkəzinə düşüb.

Təcrübəli forvardın qış transfer pənəcərisində Ağdam təmsilçisinə keçə biləcəyi istisna olunmur.

Futbolçuya Türkiyənin "Kasımpaşa" və "Sivasspor" klubları da yaxından maraq göstərir.

Qeyd edək ki, 2013-cü ildən "Dinamo"da çıxış edən Artyom Besedin yığmada 19 oyuna 2 qol vurub.

Infoteka.az