Infoteka.az
İqtisadiyyat

Sahibkarlığın İnkişafı Fondu 10 ayda 106 milyon manat kredit verib

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 2 195 layihənin maliyyələşdirilməsinə 105,6 milyon manat güzəştli kredit verib.

İnfoteka.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, verilmiş kreditlər hesabına 2 320 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 007,307 milyon manatdır.

Infoteka.az