Infoteka.az
Mədəniyyət

“Həkimlər çox danışmasına icazə vermir” — Aftandil İsrafilovun həyat yoldaşı

Xalq artisti Aftandil İsrafilov Tədris Cərahiyyə Klinikasına yerləşdirilib.

Xalq artistinin həyat yoldaşı Zemfira İsrafilova Teleqraf.com-a açıqlamasında xalq artistinin səhhətinin normal olduğunu deyib:

“Şükür, səhhəti yaxşıdır, yavaş-yavaş düzəlir. Həkim çox danışmasına icazə vermir. Əməliyyat edilməyib, sadəcə müayinə olunur. Təzyiqi düşmüşdü, indi normallaşıb. Xəstəxanadan nə zaman çıxacağı bilinmir”.

Qeyd edək ki, Aftandil İsrafilovun 81 yaşı var.

Infoteka.az