Infoteka.az
Siyasət

Ərdoğan dünyada ərzaq böhranı ilə bağlı xəbərdarlıq edib

"Biz həmçinin ixrac olunan taxılın təcili ehtiyacı olan inkişaf etməmiş bölgələrə, xüsusən də Afrikaya çatdırılması üçün tədbirlər görməliyik."

İnfoteka.az APA-nın İstanbul müxbirinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti çərçivəsində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə qida böhranının idarə olunması ilə yanaşı, enerji qovşağı olaraq regionun, xüsusilə də Avropanın təhlükəsizliyinə töhfə verir: “Dünya gübrə bazarı da sürətlə sabitləşməlidir. Əks halda gələn il daha böyük ərzaq böhranı yaşayacağıq”.

Infoteka.az