Infoteka.az
Siyasət

Zelenski Polşadakı hadisələr fonunda NATO-nu Rusiyaya cavab verməyə çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı NATO üzvü olan Polşaya raket zərbəsi endirməkdə ittiham edib.

İnfoteka.az xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb.

“Bu, Rusiyanın kollektiv təhlükəsizliyə raket hücumudur. Bu, çox əhəmiyyətli eskalasiyadır. Hərəkət etmək lazımdır”, - V.Zelenski bildirib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilir. Hadisə nəticəsində 2 nəfər həlak olub. Olaydan sonra Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.

Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.

Infoteka.az