Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməsinə münasibət bildirib.
İnfoteka.az "Report"a istinadən xəbər verir ki, bu barədə səfir tviterdə yazıb.
“Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi bir daha göstərir ki, bu bölgədəki reallıqdan uzaq qərəzli mövqedir, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xidmət etmir, regionda sülh quruculuğu səylərinə zərər verir”, - diplomat vurğulayıb.