Infoteka.az
Siyasət

Ermənistan hərbi xərclərini kəskin artırır

“Ermənistanın gələn il üçün dövlət büdcəsində müdafiə sektorunun xərcləri 509 milyard dram (1,3 milyard dollar) səviyyəsində nəzərdə tutulub. Hərbi xərclərin artımı 2018-ci illə müqayisədə 113% təşkil edəcək”.

İnfoteka.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə 2023-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

“2023-cü il büdcəsinin vergi gəlirlərindən daxilolmaları 2 trilyon 204 milyard dram (5,6 milyard dollar) səviyyəsində planlaşdırılır ki, bu da 2018-ci illə müqayisədə 946 milyard dram (2,4 milyard) və ya 75,1% çoxdur. Dörd il yarım sonra, müharibə və epidemiyadan sonra biz 2018-ci ilin büdcəsindən 75% yüksək büdcə təklif edirik. Bundan əlavə, müdafiə sektorunun xərcləri 2018-ci illə müqayisədə 113%, yəni 2 dəfədən çox, 2022-ci illə müqayisədə isə 47% artımla 509 milyard dram həcmində nəzərdə tutulub”, - deyə Paşinyan bildirib.

O xatırladıb ki, 2022-ci ildə könüllü attestasiyadan keçən hərbi qulluqçuların maaşları azı iki dəfə, hətta üç dəfə artırılacaq.

Mənbə: Armenpress

Infoteka.az