Infoteka.az
Siyasət

Çavuşoğlu: Aİ-nin Türk Dövlətləri Təşkilatının işinə müdaxilə etməyə haqqı yoxdur

Avropa İttifaqının (Aİ) Türk Dövlətləri Təşkilatının (TDT) işinə müdaxilə etməyə haqqı yoxdur.

İnfoteka.az APA-nın İstanbul müxbirinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının Şimali Kipr Türk Respublikasının TDT-yə müşahidəçi üzv olmasına dair qərarı pisləməsini şərh edərkən bildirib.

O, qeyd edib ki, Aİ və ABŞ ilk növbədə Yunanıstanın və Kiprin yunan administrasiyasının əldə olunmuş razılıqları pozmasına göz yummamalıdır.

Infoteka.az