Infoteka.az
Siyasət

Baş nazir Yair Lapid Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayıb

“Mən Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq qərarını alqışlayıram”.

İnfoteka.az APA-ya istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid tviter hesabında bildirib.

"Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir. Səfirlik açmaq qərarı ölkələr arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”, - o qeyd edib.

O, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib və Azərbaycan xalqını təbrik edib.

Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyi təsis edilir. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb. Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.

Infoteka.az