İnfoteka.az xəbər verir ki, "Counterpoint Research" şirkətinin məlumatlarına əsasən Avropanın smartfon bazarı bu ilin üçüncü rübündə 16% düşüş yaşayıb. Yəni Avropada 40.5 milyon smartfon satışı reallaşdırılıb. Bazarın lideri qismində "Samsung" şirkəti qalır. İlk beşliyə həmçinin "Xiaomi", "Apple", "Realme" və "OPPO" şirkətləri daxildir. Bununla belə illik satış göstəriciləri üzrə smartfon satışlarını yüksəldə bilən şirkətlər yalnız "Xiaomi" ilə "Realme" olublar. Başqa sözlə desək, avropalılar daha çox bahalı olmayan smartfonlara üstünlük veriblər. Bu isə öz növbəsində "Xiaomi"-yə "Apple" şirkətini geridə qoyaraq reytinqin ikinci pilləsində qərarlaşmaq üçün şərait yaradıb. Maraqlısı ondadır ki, "Xiaomi"-nin reytinqdə ikinci yeri tutmasının əsas səbəblərindən biri də onun Rusiya bazarındakı satışlarının yüksəlməsidir. "Apple" şirkətinin "iPhone 14" seriyasının Avropadakı satışları isə gözlənildiyindən daha aşağı olub.
Texnologiya