Infoteka.az
Siyasət

İsrailin müdafiə naziri: "Azərbaycanın ölkəmizdə səfirlik açması qərarı münasibətlərimizin dərinləşdiyini göstərir"

"İsraildə Azərbaycan səfirliyinin açılması qərarı iki dövlət arasında münasibətlərin dərinləşdiyini göstərir".

İnfoteka.az "Report"a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz tviterdə yazıb.

Onun sözlərinə görə, bu addım bütün regionun sabitliyi və rifahı naminə əlaqələrin davam etdirilməsinin zəruriliyini nümayiş etdirir.

Nazir Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq qərarını alqışlayıb.

B.Qant həmçinin ötən ay Azərbaycanda səfərdə olduğunu xatırladıb və Azərbaycanın Prezidenti İlham Əliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşdüyünü vurğulayıb.

O, görüşlər çərçivəsində bir sıra siyasi və təhlükəsizlik məsələlərinin müzakirə edildiyini açıqlayıb.

Infoteka.az