“Başda Azərbaycan və Liviya olmaqla dost, qardaş və müttəfiqlərimizin haqlı mübarizələrinə dəstək veririk”.
İnfoteka.az-ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Türkiyə Silahlı Qüvvələri BMT, NATO, ATƏT, Aİ daxilində bir çox coğrafiyada vəzifəsini icra edir.
Nazir söyləyib ki, Türkiyə milləti üçün əsgərlik müqəddəs vəzifəsidir: “Türkiyə Silahlı Qüvvələri “Sərhəd namusdur” prinsipi ilə sərhədlərimizin təhlükəsizliyini təmin etməkdədir. Əsgərlərimiz “terrorçu haradadırsa, hədəf oradır” şüarı ilə daxildə və sərhədlərdən kənarda FETO, PKK, İŞİD daxil olmaqla bütün terror təşkilatlarına qarşı mübarizə aparır”.