Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinə start verilib.
KOBİA-dan verilən məlumata görə, turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilir.
Dövlət qurumlarının 50-dən çox komandasının iştirakı ilə keçirilən turnirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) komandası da iştirak edir.
Noyabrın 18-də turnirin açılış mərasimi keçirilib. Sonra KOBİA və Dövlət Neft Şirkətinin (SOCAR) komandaları arasında turnirin ilk oyunu təşkil olunub.
Oyunda KOBİA-nın komandası 1:0 hesabı ilə qalib gəlib.