Infoteka.az
Sosial

Bakıda maşını düzgün park etməyən sürücünü sakinlər cəzalandırdılar - FOTO

Bakıda avtomobili düzgün park etməyən sürücü fərqli tərzdə cəzalandırılıb.

İnfoteka.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

“Toyota Prius” markalı avtomobilin sahibi maşını şadlıq saraylarından birinin qarşısında, zibil qutularının yanında saxlayıb. Bu isə sakinlərin zibil tullantılarından istifadəsini çətinləşdirib.

Nəticədə sakinlər tullantılarını elə avtomobilin üzərinə atıblar.

Infoteka.az