UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" komandasının yeni transferi Marseloda xroniki zədə aşkarlanıb.
İnfoteka.az-ın məlumatına görə, report yerli mətbuata istinadən xəbər verir ki, braziliyalı müdafiəçinin bud əzələsində ciddi problem ver. 34 yaşlı oyunçunun bu səbəbdən sıraya dagha gec qayıdacağı bildirilib. Hətta "sambaçı"nın zədəli olduğu üçün depressiyaya düşdüyü qeyd olunub.
İddiaya görə, Pirey təmsilçisi ulduz futbolçunun ağır zədədən əziyyət çəkdiyini bilsə də, bunu ictimaiyyətdən gizlədib.
Marselo Yunanıstan klubuna cari mövsümün əvvəlində azad agent kimi keçib.
Xatırladaq ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.