Infoteka.az
İdman

"İstəyirəm ki, Messi DÇ-2022-ni qazansın" - Poçettino

PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino Paris təmsilçisinin və Argentina millisinin futbolçusu Lionel Messinin yığma ilə DÇ-2022-ni qazanmasını istəyir.

İnfoteka.az xəbər verir ki, argentinalı mütəxəssis "Marca"ya açıqlamasında deyib:

"Əvvəla, ümid edirəm ki, 2002-ci ildəki mundialda baş verənlər təkrarlanmayacaq, Argentina qrupdan çıxacaq.İstərdim ki, Leo dünya çempionluğunu qazansın. O, buna layiqdir. Bielsanın Argentinasından fərqli olaraq, bu yığma Amerika Kubokunun qalibidir. Milli özünə inamla irəliyə doğru bir addım atır. Messi yetkinliyinin zirvəsindədir və Argentinanı DÇ-2022-də çempionluq üçün ciddi rəqibdir".

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Infoteka.az