Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir, dövlət başçısı postu uğrunda 6 nəfər, o cümlədən hazırkı Prezident Kasım-Jomart Tokayev mübarizə aparır.
Bu il dövlət başçısı 7 il müddətinə seçiləcək, qalib isə yalnız bir dəfə seçilə bilər. Əvvəllər prezident mandatının müddəti beş il idi və dövlət başçısı ardıcıl iki dəfə seçilə bilərdi.
Tokayev (ictimai-siyasi qüvvələrin Xalq Koalisiyası tərəfindən irəli sürülüb) ilə yanaşı, Nurlan Auesbayev (müxalifətdəki Milli Sosial Demokrat Partiyasından namizəd), Meyram Kajıken (Qazaxıstanın "Amanat" Həmkarlar İttifaqları Birliyi) , Jiquli Dayrabayev ("Aul" Xalq Demokratik Vətənpərvər Partiyasından), Karakat Abden (Sosial İşçilər Alyansından), Saltanat Tursınbekova ("Kazak anaları - desturqe jol" İctimai Birliyindən) prezidentlik uğrunda mübarizə aparırlar.