ABŞ Ukraynaya bu ilin fevral ayının sonundan 236 artilleriya sistemi tədarük edib.
İnfoteka.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında məlumat yerləşdirilib.
Ukrayna 142 yedəkli 155 mm-lik M777A2 haubitsa və 36 ədəd 105 mm-lik haubitsa alıb. Bununla yanaşı, 38 ədəd HIMARS reaktiv yaylım atəşi sistemi və 20 ədəd 120 mm-lik minaatan da göndərilib.
Silahların çatdırılması üçün həm hərbi, həm də Pentaqon tərəfindən icarəyə götürülmüş ağır nəqliyyat təyyarələri Avropaya 878 uçuş həyata keçirib.
Ümumilikdə Ukraynaya 88 min tondan çox silah və hərbi texnika çatdırılıb. Fevralın sonundan indiyədək ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi məbləği 21,5 milyard dollara çatıb.