Infoteka.az
Hadisə

Suriyadan Türkiyə ərazisinə raket atılması nəticəsində ölənlərin sayı 3-ə çatıb

“Terrorçuların Qaziantepə hücumu nəticəsində 1 uşaq və 1 müəllim hadisə yerində həlak olub”.

İnfoteka.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaralılardan biri xəstəxanada dünyasını dəyişib: “Yaralılarımızın müalicəsi isə davam edir".

Nazir söyləyib ki, raket mərmiləri məktəb ərazisinə də düşüb.

S.Soylu qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri xain hücuma sərt cavab verəcək.

Infoteka.az