“De-fakto, biz artıq NATO-da yol qət etmişdik".
İnfoteka.az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Dövlət başçısı bildirib ki, rəsmi Kiyev sürətləndirilmiş əsaslarla NATO-ya üzv olmaq üçün müraciət edib.
"Şimali Atlantika Alyansının standartlarına uyğunluğu da sübut etmişik. Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir”, - Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçirilən iclasının yekunlarına dair videomüraciətində deyib.