Infoteka.az
İqtisadiyyat

Sahibkarlığın İnkişafı Fonduna sədr təyin olunub

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinə (İH) sədr təyin edilib.

İnfoteka.az Fonda istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarovun əmri ilə sözügedən vəzifə Osman Xaliyevə həvalə olunub.

O, 2020-ci ilin noyabrından İH sədrinin müşaviri, 2021-ci ilin iyunundan sədr müavini təyin olunub, eyni zamanda, ötən il avqustundan sədr vəzifəsini icra edib.

Xatırladaq ki, SİF ölkə Prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli Fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 007,307 milyon manatdır.

Infoteka.az