Infoteka.az
Siyasət

Hikmət Hacıyev və İsrail XİN-in baş direktorunun telefon danışığı olub

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İsrail Xarici İşlər Nazirliyinin (XİN) baş direktoru Alon Uşpiz arasında telefon danışığı olub.

İnfoteka.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter hesabında bildirib.

Bu gün baş tutan telefon danışığı zamanı İsrail XİN-in baş direktoru Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib.

Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Infoteka.az