"Xanımlar, videoda gördüyünüz qadın dünən bizim evə gələndir. Özünü çox şübhəli apardığı üçün narahatlığım hələ də keçməyib".
İnfoteka.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Turan İbrahimovun vizajist həyat yoldaşı Nərmin İbrahimova sosial şəbəkədə yazıb. O bildirib ki, tanımadığı qadın onun evinə gəlib və sorğu-sual edib:
"Onun mənim uşaqlarımla maraqlanmasına, anormal davranışlarına məhləmizin mühavizə işçiləri də şahid olublar. Bu şəxsi tanıyanlar varsa, xahiş edirəm mənə yazsınlar. Çünki bu qadın müxtəlif saxta profillərdən yazaraq, məni və yaxınlarımı təhqir də edir. Artıq polisə belə müraciət etmək haqqında düşünürəm".
Nərmin daha sonra qadının ona yazdığı mesajları paylaşıb və polisə şikayət edəcəyini deyib.
Qeyd edək ki, Turan və Nərmin cütlüyünün ki oğul övladı var.