Qətərdə keçirilən futbol üzrə dünya çempionatının B qrupunda ilk tura yekun vurulub.
İnfoteka.az xəbər verir ki, qrupun ikinci oyununda ABŞ və Uels yığmaları üz-üzə gəliblər. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçda ilk qolu amerikalılardan 36-cı dəqiqədə Timoti Vea vurub. 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Qaret Beyl hesabı bərabərləşdirib. Bu, mundialda qeydə alınan ilk bərabərlik olub.