NATO-nun Baş katibi Yens Stoltenberq və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Kosovo və Serbiya arasında gərginliyi müzakirə edib.
İnfoteka.az xəbər verir ki, bu barədə Baş katib tviterdə bildirib.
Stoltenberq tərəflər arasında mübahisənin həllinin (avtomobillərin nömrə nişanları ilə bağlı) tapılmamasından məyusluğunu ifadə edib. "İndi məsuliyyət və praqmatik həllərin vaxtıdır. Eskalasiyanın qarşısı alınmalıdır", - Stoltenberq vurğulayıb.
O əlavə edib ki, Kosovadakı NATO sülhməramlıları vəziyyətlə bağlı diqqətlidirlər.