Infoteka.az
Siyasət

İsrail kəşfiyyatı: “İran Qətərdəkı dünya çempionatına hücuma hazırlaşır”

İnfoteka.az xəbər verir ki, İsrailin hərbi kəşfiyyat rəhbəri general-mayor Aharon Haliva İranın Qətərdə keçirilən futbol üzrə dünya çempionatına hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, hazırda Tehranı ildırım sürətli hücumundan çəkindirən yeganə amil dünya çempionatının ev sahiblərinin cavabıdır.

Haliva bildirib ki, İrandakı ümummilli etirazlar vətəndaş üsyanına çevrildiyi üçün ölkənin siyasi rejimi böyük təzyiqlərlə üzləşib.

“Ölənlərin sayı, milli simvollara hücumlar – bu, xüsusilə də sanksiyalar, mövcud beynəlxalq təzyiq və çətin iqtisadi vəziyyətlə birlikdə rejim üçün çox narahatlıq doğurur”, - deyə o vurğulayıb.

İsrailli general hakimiyyətin ölkə daxilindəki vəziyyətdən çox narahat olduğunu və bunu siyasi nizamın mövcudluğuna təhlükə kimi qiymətləndirdiyini qeyd edib. Lakin zabitin sözlərinə görə, hazırda rejimin süqutu ilə bağlı real təhlükə yoxdur.

“İrana təzyiq artdıqca ölkənin cavabı daha aqressiv olur. Ona görə də regionda və dünyada daha aqressiv cavablar gözləməliyik”, - deyə Haliva sözlərini yekunlaşdırıb.

Mənbə: lenta.ru

Infoteka.az