Milyarder iş adamı Fərhad Əhmədovun Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılması ilə bağlı yeni faktlar ortaya çıxıb.
İnfoteka.az "Demokrat.az"-a istinadən xəbər verir ki, saxlanılan Fərhad Əhmədovun istintaq idarəsində ifadəsi alınıb.
İş adamı təqribən 10 saata yaxın istintaqda dindirilib. Daha sonra isə milyarderdən Azərbaycanı tərk etməmək barədə yazılı öhdəlik alınıb.
Hazırda iş adamının barəsində istintaq davam edir.