27 ədəd mobil telefon oğurlayan şəxs saxlanılıb.
İnfoteka.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan 27 ədəd mobil telefon və digər qiymətli telefon aksesuarlar oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Rəşid Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.