Infoteka.az
Siyasət

Aİ Ukraynaya 2,5 milyard avro ayırıb

Avropa Komissiyası noyabrın 22-də Ukrayna hökumətinə daha 2,5 milyard avro makromaliyyə yardımı ayırıb.

Bunu öz “Twitter” səhifəsində Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.

“Biz ölkənin sürətli bərpası üçün müntəzəm olaraq 2023-cü il üçün 18 milyard avro ayırmağı planlaşdırırıq. Biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik”, - Avropa Komissiyasının rəhbəri əlavə edib.

Xatırladaq ki, noyabrın əvvəlində Avropa Komissiyası Ukraynaya 2023-cü il üçün 18 milyard avro məbləğində maliyyə yardımı paketini açıqlamışdı. Proqrama əsasən, Ukrayna hər ay 1,5 milyard avro alacaq.

Infoteka.az