ABŞ dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.
İnfoteka.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Tərəflər NATO xarici işlər nazirlərinin noyabrın 29-30-da Buxarestdə keçiriləcək görüşü və Ukraynaya əlavə yardımı müzakirə ediblər.
Bundan əlavə, diplomatlar Finlandiya və İsveçin NATO-ya qoşulmasına dəstək ifadə ediblər.