Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası bütün dövlət məmurlarının əmlakını yoxlamaq üçün Milli Təhlükəsizlik Şurasına (MTŞ) müraciət edib.
İnfoteka.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən yazır.
Nəşr bildirir ki, məmurların bəyan edilməmiş biznes, daşınar və daşınmaz əmlakının olub-olmadığı yoxlanılacaq. MTŞ-yə təqdim olunan siyahıda yüksək rütbəli məmurların, o cümlədən prezident Vaaqn Xaçatryan, baş nazir Nikol Paşinyan, baş nazirin müavinləri, parlamentin spikeri Alen Simonyan, deputatlar və digərlərinin adları var.