Noyabrın 21-də Yeni Azərbaycan Patiyasının yaranmasının 30-cu ildönünü münasibətilə tədbir keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə çıxış etdi.
Partiyasının yaranması tarixi hadisə idi. Həmin dövrlər ağır dövrlər idi. Ölkə iqtisadiyatı ağır vəziyyətdə idi. Nizami ordu yaradılmamışdı. Torpaqlarımızın işğal altına düşməsi vəziyyəti daha da ağırlaşdırırdı. Şuşa və Laçının işğal edilməsi hərbi-strateji nöqteyi-nəzərdən böyük faciə idi. Belə bir ağır vəziyyətdə ölkənin gələcəyini düşünən insanlar nicat yolunu Heydər Əliyevin simasında gördülər. Çünki Heydər Əliyevə inam cəmiyyətdə yüksək səviyyədə idi. Bu inamın əsas səbəblərindən biri o idi ki, Heydər Əliyev Azərbaycanda işlədiyi dövrdə həmişə xalqa xidmət etmişdi.
YAP-nın təsis konfransı Naxçıvanda keçirilmişdir. YAP-nın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamrntin sədri seçildi, on bir ay sonra isə oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçildi.
1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar. 2003-cü ildə xalqımız bir daha müdriklik göstərərək Ulu Öndərin siyasətinə səs verdi. Bu gün hər bir azərbaycanlı gündən-günə inkişaf edən güclü dövlətimizlə fəxr edir.
Azərbaycan Dövləti Ulu Öndərin bizə etdi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində inkişaf edir, güclənir. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azad edilmiş torpaqlarımızda bayrağımız qaldırıldı. Bu bizim böyük üstünlüyümüzdür.
Dövlət olaraq hər zaman digər dövlətlərlə dostluq prinsiplərini qoruyub saxlamışıq. Ulu Öndərin vaxtından bugünə qədər bu prinsip qorunub saxlanılmışdır. Hər zaman hərbi, siyasi, tibbi məsələlərdə digər dövlətlərə humanitar yardım etmişik.
44 günlük müharibə bir daha onu göstərdi ki, Azərbaycan xalq olaraq birdir. Azərbaycana qarşı irəli sürülən əsassız iddialar həqiqəti belə əks etdirmir. Ermənistan tərəfi digər dövlətlərə yalan məlumatlar ötürərək Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürdülər. Lakin, İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində biz bu məsələlərdən də üzüağ çıxmışıq. 44 günlük müharibənin qalib olan dövləti biz- Azərbaycan xalqı olduq. Bu xalqımızın qürurunun bərpası və dövlətimizin təhlükəsizliyinin qarantıdır.
Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Qarabağı, Zəngəzuru yenidən qurub yaradırıq. Bu gün üzümüz ağ, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik. Bu əbədi olacaq!
Qulam Səfərzadə
Suraxanı RİHB-nin Zığ QİƏD üzrə nümayəndəsi