Infoteka.az
Sosial

PA rəsmisi: “Son bir ildə ölkənin çap mediasında forma və məzmun baxımından ciddi dəyişikliklər var”

“Son bir ildə ölkənin çap mediasında forma və məzmun baxımından ciddi dəyişikliklər var”.

İnfoteka.az “Report”a istinadən xəbər verir ki, xəbərinə görə, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov “E-KÖŞK” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimində bildirib.

“Dövlətimiz çətin dövrlərdə həmişə medianın yanında olub. Son bir il ərzində ölkənin çap mediasında forma və məzmun baxımından ciddi dəyişikliklər var. Müasir çağırışlar fonunda media rəqəmsal yeniliklərə uyğunlaşmalıdır. Hesab edirəm ki, “E-KÖŞK” platforması müasir çağırışlara cavab verən platforma olacaq. Dünyada informasiya sahəsində gedən inkişaf fonunda media sahəsinə də yeni konseptual baxış tələb olunur”, - PA rəsmisi vurğulayıb.

Infoteka.az