Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə telefon danışığı aparıb.
İnfoteka.az xəbər verir ki, bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.
Danışıq zamanı NATO-nun genişlənməsi, Ukraynada baş verən son hadisələr və taxıl sazişi müzakirə edilib.
Bundan əlavə, Nazir Çavuşoğlu finlandiyalı həmkarına Türkiyənin “Pençe-Kılıç” əməliyyatı çərçivəsində terrorla mübarizəsinin qətiyyətlə davam ediləcəyini vurğulayıb.