Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçı başa çatıb.
İnfoteka.az xəbər verir ki, qarşılaşma braziliyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 62 və 73-cü dəqiqələrdə Riçarlison vurub.
Bu qələbə ilə ilk 3 xalını qazanan Braziliya millisi top fərqi ilə qrupda birinci pilləni ələ keçirib. İkinci İsveçrənin də 3 xalı var. Kamerun və Serbiya isə xalsızdır.
Bununla da mundialda bütün qruplarda ilk tura yekun vurulub.