“Rayonlarda açılan istehsal müəssisələri subyektiv səbəblərdən fəaliyyətini dayandırır. 10 min nəfər işçisi olan müəssisələrdə formal olaraq 100 nəfər qalır”.
İnfoteka.az "Oxu.Az"-a istinadən, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.
Deputat ərzaq qiymətlərinin bahalaşmasından da danışıb. O, bildirib ki, Azərbaycanda ərzaq məhsullarının qiyməti 60% bahalaşıb. “Maaşı nə qədər artırırıq artıraq, vətəndaşın yaşayışında özünü hiss etdirmir”, - deyə o əlavə edib. Millət vəkili Azərbaycanda dərman vəsaitlərinin Türkiyə ilə müqayisədə 3 dəfə baha olduğunu da deyib. “Kimsə mənfəət qazanır, lakin onkoloji xəstələr əziyyət çəkirlər”, - deyə Fazil Mustafa bildirib.