2020-ci ilin iyun ayından bu il noyabrın 1-nə qədər Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara 37,9 milyon manat yardım edilib.
İnfoteka.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də bildirib.
Onun sözlərinə görə, ödəniş dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində həyata keçirilib.