Qətərdə keçirilən dünya çempionatında İngiltərə və ABŞ yığmaları arasında B qrupunun II tur oyununda qalib müəyyənləşməyib.
İnfoteka.az xəbər verir ki, komandaların qol vurmaq üçün bir neçə imkanı olsa da, qarşılaşmada hesab açılmayıb.
Beləliklə, ilk 2 turdan sonra britaniyalılar 4 xalla qrupa başçılıq edir. 3 xalı olan İran yığması ikincidir. ABŞ 2 xalla 3-cü, Uels isə 1 xalla sonuncudur.
Qeyd edək ki, B qrupunda son turun görüşləri noyabrın 29-da olacaq. İngiltərə Uelslə, ABŞ isə İranla üz-üzə gələcək.