Infoteka.az
Dünya

Zelenski Arxangelsk və Mirolyubovka qəsəbələrinin azad edildiyini bildirib

“Ukrayna Silahlı Qüvvələri ölkənin ərazilərini Rusiya hərbçilərindən azad etməkdə davam edir, əsgərlərimiz nəzarətlərində olan Xerson vilayətində daha iki yaşayış məntəqəsini geri qaytarıblar”.

İnfoteka.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, 129-cu briqadanın döyüşçüləri cəbhədə yaxşı nəticələrlə fərqləniblər.

“(Ukraynalı müdafiəçilər-red) xüsusilə Arxangelsk və Mirolyubovkanı azad ediblər”, - Zelenski bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu il fevralın 21-də Ukraynanın inzibati sərhədləri daxilində qondarma “Donetsk” və “Luqansk” xalq respublikalarının müstəqilliyinin tanınması haqqında fərman imzalayıb.

2022-ci il fevralın 24-də V.Putin televiziya ilə çıxışında Ukraynanın şərqindəki Donbasda “xüsusi hərbi əməliyyatın” başladığını elan edib. Bundan sonra Rusiya-Ukrayna müharibəsi başlayıb.

Infoteka.az