Infoteka.az
Siyasət

ABŞ analitikləri: “Rusiya Aleksandr Lukaşenkoya sui-qəsd hazırlayır”

Rusiya Belarus Prezidenti Aleksandr Lukaşenkoya sui-qəsd hazırlayır.

İnfoteka.az UNIAN-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Robert Lansinq İnstitutunun analitikləri bildiriblər.

Qeyd olunub ki, məqsəd Belarus ordusunu Ukraynaya qarşı müharibəyə cəlb etməkdir.

Analitiklər Kremlin artıq bu barədə qərar qəbul etdiyini təsdiqləyiblər: “Sui-qəsd cəhdi uğursuz olsa, Rusiya bu işdə Ukrayna və Polşanın iştirakı barədə uydurma sübutlar təqdim edəcək. Beləliklə, yenə də Belarus qoşunlarının Ukraynaya qarşı müharibədə iştirakı təmin oluna bilər".

Bildirilib ki, sui-qəsd cəhdinin məqsədlərindən biri də Belarus Prezidentini qorxutmaq, onu Rusiya tərəfindən müharibəyə qoşulmağa sövq etməkdir.

Ehtimallara görə, sui-qəsd cəhdi uğurlu alınarsa, A.Lukaşenkonun yerinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi, Rusiyaya sadiq olan general-leytenant Stanislav Zas gətiriləcək.

Ekspertlər Rusiyanın iki ordunu vahid komandanlıq altında birləşdirmək istədiyini istisna etmirlər.

Infoteka.az