Infoteka.az
Sağlamlıq

Dünya Səhiyyə Təşkilatından xəbərdarlıq: milyonlarla uşağın həyatı təhlükədədir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son 3 ildə dünyanı təsir altına alan koronavirus pandemiyasının qızılcaya qarşı vaksinasiyaYA mənfi təsir göstərdiyini açıqlayıb.

İnfoteka.az "Olke.az"-a istinadən xəbər verir ki, ÜST dünyada qızılca epidemiyasının “partlayış”səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Keçən il 40 milyon uşağın qızılcaya qarşı peyvənd olunmadığını açıqlayan təşkilat bunun rekord göstərici olduğunu bildirib.

ÜST və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin(CDC) birgə bəyanatında qızılcaya qarşı 25 milyon uşağın birinci dozanı, 14,7 milyon uşağın isə ikinci dozanı ala bilmədikləri qeyd edilib.

Həmçinin bildirilib ki, bu vəziyyət milyonlarla uşağı çox təhlükəli və ölümcül xəstəliklərə qarşı həssas duruma gətirib. 

“Peyvənd proqramlarının normallaşdırılması çox vacibdir. Statistikaya görə, uşaqların qarşısı alına bilən bu xəstəlikdən ölmə ehtimalı var”,- deyə ÜST-nin Baş katibi Dr. Tedros Adhanom Qebreyesus söyləyib.

Infoteka.az