İndoneziyada baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 318-ə çatıb.
İnfoteka.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
14 nəfər itkin düşüb.
Məlumata görə, 7700-dən çox insan xəsarət alıb, 73 mindən çoxu isə təbii fəlakətin nəticələrinə görə hələ də öz evlərinə qayıda bilmir.
Xatırladaq ki, Yava adasında zəlzələ noyabrın 21-də baş verib.
Zəlzələnin episentri paytaxt Cakartadan 74 km cənub-şərqdə yerləşib.