Argentina millisinin kapitanı Lionel Messi əfsanəvi Dieqo Maradonanın rekordunu təkrarlayıb.
İnfoteka.az xəbər verir ki, 35 yaşlı hücumçu buna DÇ-2022-nin ikinci turunda Meksika ilə keçirilən oyunda (2:0) meydana çıxmaqla nail olub.
Bu, Messinin dünya çempionatlarının final mərhələsində 21-ci oyunudur. Millinin keçmiş hücumçusu Maradona da eyni sayda oyuna çıxıb. Hər iki futbolçu Argentina millisindəki oyun sayına görə rekorçudurlar.
Maradona 1982, 1986 (qalib), 1990 (gümüş medalçı) və 1994-cü illərdə dünya çempionatlarında iştirak edib. Messi isə 2006, 2010, 2014, 2018-ci illərdə keçirilən mundiallarda oynayıb.
Messi Meksika ilə oyunda qol vurmaqla da Maradona və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldoya çatıb. Hər üç futbolçu dünya çemponatlarının final mərhələsində 8 qol vurub.