Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ölkəmizdə ilk dəfə bir gündə 13 xəstəyə buynuz qişa transplantasiyası əməliyyatı icra edilib.
İnfoteka.az xəbər verir ki, iki gün ərzində isə ümumilikdə müxtəlif patologiyalı 21 xəstəyə buynuz qişa köçürülüb.
Əməliyyat texnikasının çətinliyini və həcmini nəzərə alınsa, bir gündə bu sayda əməliyyatın icrası ölkədə ilk dəfə idi.
Bütün əməliyyatlar Cəmil Həsənov tərəfindən həyata keçirilib, anesteziya Fərhan Haqverdiyev tərəfindən verilib, əməliyyat tibb bacısı Esmira Cəfərova, anestezist-tibb bacıları Fidan Mövlamlı və Xəyalə Nadirova olub.