Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşıb.
İnfoteka.az xəbər verir ki, görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Matçın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı hesabda önə çıxarıb. 83-cü dəqiqədə isə Niklas Füllkrüq Almaniyanın bərabərlik qoluna imza atıb. Bu nəticə ilə xallarının sayını 4-ə yüksəldən İspaniya yığması qrupda ilk pillədəki yerini qoruyub. Hərəsinin 3 xalı olan Yaponiya və Kosta Rika uyğun olaraq 2 və 3-cü yerləri bölüşüblər. Almaniyanın isə 1 xalı var və sonuncu pillədə qərarlaşıb.
Qrupun son oyunlarında Almaniya Kosta Rika, Yaponiya isə İspaniya ilə qarşılaşacaq.