İranda 7 azərbaycanlı fəal həbs olunub.
İnfoteka az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan media və milli fəallar bildiriblər ki, Həmid Vahidi, Sina Farabi, Babək Nemətzadə, Aydın Fərəczadə, Rza Məhəmmədi və Əkbər Fəthi adlı fəallar həbs olunublar.
Qeyd edilib ki, Tehranda saxlanılan Vəhid Əliqulupur Evin zindanına, qalan 6 fəal isə Marağa şəhər həbsxanasına köçürülüb.
Fəalların həbs səbəbləri barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb. Lakin onların etiraz aksiyaları ilə bağlı saxlanıldıqları güman edilir.