Infoteka.az
Siyasət

Azərbaycan dövləti bütün qonşularla sülh və dostluq münasibəltərinin qurulmasını istəyir.

Hər bir dövlətin iqtisadi inkişaf proritetini, iqtisadi yüksəlişini müəyyənləşdirərkən xalqın arzu və istəklərini, cəmiyyətin iqtisadi gözləntilərini nəzərə almaq, real təminatlara əsaslanan iqtisadi siyasət yerinə yetirmək gərəklidir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2003-cü ildə həyata keçirtdiyi, yürütdüyü iqtisadi siyasətin əsas xəttini məhz bu meyarlar təşkil edir. Əsası Ulu Öndər tərəfindən qoyulan 1993-1997-ci ilin iqtisadi inkişaflarının birinci, 1998-2002-ci illərdə iqtisadi islahatlarının ikinci mərhələsində həyata keçirilən bütün iqtisadi proseslər Prezident İlham Əliyev tərəfindən inamla və müasir dövrün tələbinə uyğun davam etdirilir.
 Azərbaycan Respublikasının coğrafi mövqeyi, şərq ilə qərbin qovuşacağı məkanda yerləşməsi, Avropa və Asiya qitələrinin birləşdirməsi və bir-birləri ilə bağlılıq məsələlərində əhəmiyyətli dərəcədə rol oynamağa imkan verir. Bu gün Azərbaycan Respublikası istənilən regional irimiqyaslı layihələrin həyata keçirilməsində böyük rol oynayır.
 Orta Dəhliz kimi irimiqyaslı layihəni həyata keçirmək üçün təhlükəsizlik və iqtisadi inkişaf məsələləri ön plandadır. Azərbaycan dövləti uzun illərdir ki, güclü iqtisadi və siyasi sabitlik xəttini tutur. Mümkün qədər çox ölkələrlə yaxın dostluq şəraiti mövcuddur. Ölkə iqtisadiyyatının yüksəldilməsi üçün çoxlu sərmayə ayrılıb. İnfrastruktur inkişaf edir. Azərbaycanda hava limanlarının layihələrinin tamamlanması prosesi gedir. Həm sərnişin, həm də yük daşımaları üçün nəzərdə tutulan beynəlxalq əhəmiyyətli hava limanlarının sayı doqquza çatacaq.
 İki ilə yaxın müddətdir ki, Cənubu Qaz Dəhlizinin sonuncu xətti olan Trans-Adriatik boru kəməri tamamlanıb. Təlabatın bu gün 10 milyard kubmetrdən 20 milyard kubmetirə artmasını nəzərə alaraq pay sahiblərinin mövqeyi və sərmayəsi ilə bu təlabatı ödəmək olar.
 Bu gün təhlükəsizlik məsələsi ən vəcib məsələdir. Güclü ordu, yaxın müttəfiqlər olduğu halda İran və Ermənistan dövlətləri regional təhlükəsizliyə əngəl ola bilməz. Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərin müzakirəsini Rusiya dövləti ilə aparır. Bu gün Azərbaycan diplomasiyasının uğuru nəticəsində dünyanın bir çox ölkələri ilə dostluq əlaqəsi qurulub. Azərbaycan dövləti bütün qonşularla sülh və dostluq münasibəltərinin qurulmasını istəyir.


Dilarə Seyidova 
Bakı şəhəri 97 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini 

Infoteka.az